
8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyük hörmət və ehtiramla qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətdəki rolunu, onların fədakarlığını və həyatımızdakı əvəzsiz yerini bir daha xatırladır. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhiriyyəti dövründə seçib-seçilmək hiququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Vətənimizin ən çətin günlərində də Azərbaycan qadınları öz güclərini və vətənpərvərliklərini nümayiş etdiriblər. Şəhid anaları, qazilərimizin anaları və xanımları böyük səbir və qürur nümunəsi göstərərək xalqımızın mənəvi dayağına çevriliblər.
Bu gün müasir Azərbaycan qadını həm ailədə, həm də cəmiyyətdə fəallığı, savadı və təşəbbüskarlığı ilə seçilir.
Onların əməyi və zəhməti ölkəmizin inkişafına böyük töhfə verir.
8 Mart münasibətilə bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.
Ramil Rüstəmov,
SOCAR Neft Kəmərləri İdarəsinin şöbə rəisi



