Azərbaycan ordusu yüksək peşəkarlıq göstərərək yenidən tarix yazdı
Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri bütün həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə bəyan olundu. Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır” fikri diqqətə çatdırılıb. Azərbaycanın qısamüddətli antiterror tədbirlərindən sonra öz ərazilərində suveren hüquqlarını bərpa etdiyi, qanunsuz erməni hərbi birləşmələrinin ağ bayraq qaldıraraq təslim olduğu və Xankəndindəki separatçı rejimin Bakının bütün şərtlərini qəbul etdiyi bildirilib. Azərbaycanın dövlət başçısı Qarabağ ermənilərinin bütün hüquqlarının təmin ediləcəyini də söyləyib. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq!
Rüstəmov Bəhruz,
YAP-ın fəalı