AnalitikaDünyaGündəmSiyasət

Avropa İttifaqı və Azərbaycan: Yüksələn Münasibətlər

Bu il Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında müstəsna bir dövr kimi tarixə düşdü. Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta və Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayen Azərbaycana səfərlər etmişlər.

Prezident İlham Əliyev 21 iyul 2026-cı il tarixində Almaniyada verdiyi bəyanatda bu səfərlərin çox böyük siyasi məna daşıdığını vurğulamışdır. Bu ali səviyyəli təmaslar Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji əlaqələri daha da gücləndirəcəkdir.

Almaniya da İttifaqa üzv olan ölkələr arasında şəksiz lider olduğu üçün bu münasibətlərin inkişafında onun rolu çox böyükdür. Almaniyanın gələcək əməkdaşlıq üçün səylərini əsirgəməyəcəyi əminliklə qeyd edilmişdir.

Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button