GündəmElm və Təhsil

Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Bəzi lisey və gimnaziyaların rus bölməsi üzrə birinci sinfinə qəbul üçün nəzərdə tutulmuş boş yerlərin sayı müraciət edən uşaqların sayından çox olduğunu üçün müsabiqə ləğv edilib.

Victorytime.az AzEdu.az a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilir ki, qeydiyyatdan keçirilən uşaqlar müsabiqədə iştirak etmədən 1-ci sinfə qəbul edilmiş hesab olunurlar.

Qəbul müsabiqəsi ləğv edilmiş lisey və gimnaziyalar aşağıdakılardır.

– Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

– Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

– Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

– Bakı şəhəri “Zəngi” liseyi

– Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

Oxşar Xəbərlər

Back to top button