Gündəmİdman

Avropa Liqasının tarixinə düşdü

Fransanın “Nitsa” klubunun futbolçusu Dante UEFA Avropa Liqasının tarixinə düşüb.

Victorytime.az xəbər verir ki, braziliyalı müdafiəçi turnirdə matça çıxan ən yaşlı meydan oyunçusu olub. Ötən gecə Liqa mərhələsinin ilk turunda “Roma”ya qarşı oynayan Dante 41 yaş 11 ay 6 günlük olub.

Bundan əvvəlki meydan oyunçularından rekordçu “Betis”in keçmiş futbolçusu Xoakində idi – 41 yaş 7 ay 23 gün.

Dante ümumilikdə meydana çıxan 3-cü ən yaşlı futbolçu olub. Onu yalnız iki qapıçı qabaqlayır: 2014-cü ildə 42 yaş, 10 ay və 2 günlüyündə “Tottenhem”də oynamış Bred Fridel və 2012-ci ildə “Tvente”də 42 yaş, 1 ay və 2 günlüyündə meydana çıxan Sander Bosker.

Oxşar Xəbərlər

Back to top button