Ağdamın Baş Planı: Gələcəyin müasir şəhər modeli

Ağdam şəhərinin bərpası təsadüfi tikinti işləri ilə deyil, elmi əsaslara söykənən Baş Plan üzrə həyata keçirilir. Şəhərin Baş Planı 100 min əhalinin rahat və təhlükəsiz yaşaması üçün bütün zəruri detalları özündə birləşdirir. Burada ekoloji tarazlıq, yaşıllıq zonalarının genişləndirilməsi və müasir memarlıq üslubu xüsusi diqqət mərkəzindədir.
Plan çərçivəsində şəhərdə fərdi yaşayış evləri ilə yanaşı, çoxmərtəbəli binalar, inzibati mərkəzlər, parklar və süni gölün yaradılması nəzərdə tutulub. Nəqliyyat infrastrukturunun rahatlığı üçün velosiped yolları, piyada zonaları və müasir ictimai nəqliyyat şəbəkəsi layihələndirilib. Şəhərin hər bir məhəlləsi sakinlərin gündəlik tələbatlarını yerində qarşılaya biləcəyi şəkildə planlaşdırılıb.
Ağdamın Baş Planı həm də tarixi irsin qorunmasına xüsusi önəm verir. Qədim abidələrin bərpası və müasir tikililərlə harmoniyası şəhərə özünəməxsus görkəm qazandıracaq. Bu layihə Ağdamı regionun ən cəlbedici yaşayış və turizm mərkəzlərindən birinə çevirəcək.
Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri



