AnalitikaGündəmSiyasət

Ağdam Şəhəri günü: “Qafqazın Xirosiması”ndan Qafqazın cənnətinə doğru iri addımlarla…

Artıq altı ildir ki, Ağdam azaddır. Artıq üç ildir ki, 20 Noyabrtarixi Ağdam üçün xüsusi əhəmiyyət daşıyır. Bəli, 20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərininişğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günükimi qeyd olunur.

Altı il öncə altı həftəlik müharibə Ağdamın 27 illik tarixiniaydınlığa çıxardı. 2020-ci il sentyabrın 27-də erməni quldurbirləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatızamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlikvə qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsizşücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxındüşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azadedildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığıQələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağavə əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğalaltında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildəAzərbaycana təhvil verildi.

2020-ci ilin 20 noyabrına qədər Ağdamın 27 illik işğaltarixindən qalın xətli bir qara zolaq keçirdi. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı.

2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb. Otuz ilə yaxın müddətdə rayonun bütünsərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurlarınəsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdamşəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafındaisə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.

Altı il əvvəlin payızı rayona sanki bir bahar havası gətirdi. Ağdama yeni can, yeni nəfəs gəldi. Həmin il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamşəhərində oldular. Dövlət başçısının Ağdamda Azərbaycanınüçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimimilyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur vəsevinc hissi oyatdı. Prezidentin həmin səfəri zamanı Ağdamdadediyi sözlər hər kəsdə böyük ümidlər yaratdı: “… DağılmışAğdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərinibərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə buhaqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyükzəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlikgöstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpasıişində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizibərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdəqalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzügöstərəcəyik”.

Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinəbaşlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləməişləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdamşəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıqhazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezidentİlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub vəhəmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.

Bununla yanaşı, ötən beş il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional ElektrikŞəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğalmuzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcəkalternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıqdirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildənibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Ardınca Ağdam Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayınınyerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamdatamaşaçı tutumu 15 min nəfər olan və şəhərin genişinfrastruktura malik guşəsində yeni stadion inşa edilir.

2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birincixanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəylikəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonununXıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol vəkommunikasiya şəbəkəsinin, City Hotel Ağdammehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşaolunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərindəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalıkəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanınabidəsinin açılışında iştirak ediblər. Həmçinin Pənahəli xanınsarayı və İmarət Kompleksində görüləcək işlərlə tanışolublar.Heydər Əliyev Fondu tərəfindən Ağdam Cüməməscidində bərpa işləri aparılıb.

Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni ŞəhərGündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanınaparıcı qüvvəsi kimi” mövzusunda 2022-ci ilin oktyabrındaAzərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdamda keçirilən həmin Forum şəhərsalmasahəsində dünyanın müxtəlif ölkələrindən olan sahəmütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlıinkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsibaxımından nadir və uğurlu platforma olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərindəRəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinintəməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdamşəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonradövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanışolub.

Prezident İlham Əliyev Ağdam rayonuna növbəti səfəri zamanıisə Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub. O, “Aghdam City Hotel”in, Ağdam şəhərində İmarət Kompleksininbərpadan sonra açılışında, Ağdam Sənaye Parkında yeni zavodların açılışında, Ağdam rayonunun Eyvazxanbəylikəndinin təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində Xıdırlı kəndindəaparılan bərpa işləri, Ağdam-Əsgəran-Xocalı-Xankəndiavtomobil yolunda görülən işlərlə tanış olub.

Bu gün Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialısəfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastrukturlayihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onunüçün qəribsəyən və geri dönmək üçün darıxan doğmasakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə vəprospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənayemərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuqişləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynunaalacağı və çal-çağırlı günləri uzaqda deyil. Növbəti altı ildəAğdamın Qafqazın cənnətinə dönəcəyinə indi heç kəsin zərrəqədər də şübhəsi yoxdur.

Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button