Dünya

ABŞ lideri Kiyevdə bəyan edib: “Ukrayna mütləq qalib gələcək”

“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı”.

Victorytime.az “Report”a istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.

O bildirib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, əsrin dörddəüçü ərzində Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.

Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Oxşar Xəbərlər

Back to top button