AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

8 Noyabr, Azərbaycanın şanlı zəfərini təcəssüm etdirən qürur günüdür

8 Noyabr – Zəfər Günü, Azərbaycan xalqının tarixində əhəmiyyətli bir dönüş nöqtəsidir. Bu tarix, 2020-ci ildə Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin simvoludur. 44 gün davam edən bu müharibə ərzində Azərbaycan Ordusu xalqın dəstəyi ilə əzmkarlıq və birlik nümayiş etdirərək Qarabağın böyük bir hissəsini işğaldan azad etdi. Ermənistanın 30 ilə yaxın davam edən işğalı zamanı Azərbaycana məxsus olan torpaqlarda geniş dağıntılar və vandalizm törədilmişdi. Ancaq Azərbaycan xalqı tarixi ədaləti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək uğrunda güclü iradə ortaya qoydu Vətən Müharibəsində Ali Baş Komandanımızın qətiyyətli və səmərəli rəhbərliyi ordunun uğurlu əməliyyatlarını təmin etdi. Müasir hərbi texnologiyaların tətbiqi, düzgün strateji qərarlar və əsgərlərin böyük fədakarlığı sayəsində Azərbaycan döyüş meydanında öz üstünlüyünü sübut etdi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək zəfərə doğru irəlilədi. Bu qələbə xalqın dövlətə olan inamını və dəstəyini daha da möhkəmləndirdi. 8 Noyabrda Azərbaycanda geniş miqyaslı tədbirlər, mərasimlər təşkil olunur, Zəfər Günü təntənə ilə qeyd edilir. Bu günün qeyd olunması Azərbaycan xalqının milli birliyini, qələbə sevincini və dövlətə olan bağlılığını əks etdirir. Eyni zamanda, Zəfər Günü azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri üçün bir başlanğıc nöqtəsi oldu. Azərbaycan dövləti bu ərazilərdə müasir infrastrukturun yaradılması, yaşayış sahələrinin bərpası və məcburi köçkünlərin öz yurdlarına qayıdışı üçün genişmiqyaslı işlər həyata keçirir. Qarabağ bölgəsində hava limanlarının, yolların və digər infrastruktur obyektlərinin inşası ölkənin iqtisadi inkişafına və beynəlxalq əlaqələrinə böyük töhfə verir Zəfər Günü Azərbaycan xalqının tarixdə qazandığı ən böyük qələbələrdən biri kimi daim xatırlanacaq. Bu qələbə yalnız hərbi müvəffəqiyyət deyil, həm də xalqımızın iradəsi, əzmi və dövlətçiliyinə olan sevgisinin təcəssümüdür. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, öz torpaqlarının azadlığı üçün hər zaman bir yumruq kimi birləşə bilir. 8 Noyabr həm də Azərbaycan gəncliyi üçün qürur mənbəyi və gələcək nəsillərə örnək olacaq bir tarixdir. Gənclər bu qələbə ruhunu qorumaqla yanaşı, ölkənin müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə hər zaman hazırdırlar Bu günün önəmi həm də ondan ibarətdir ki, Zəfər Günü Azərbaycan dövlətinin gücünü, beynəlxalq arenada artan nüfuzunu və ölkəmizin qətiyyətini simvollaşdırır. Ölkəmizin bu uğuru həm regionda, həm də dünyada sülhün və stabilliyin bərqərar olmasına mühüm töhfə vermişdir. Ölkəmiz öz ərazilərində tam suverenliyini bərpa edərək beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədaləti təkrar bərpa etdi. Biz bir daha göstərdik ki, Azərbaycanın dövlətçiliyi güclü iradəyə və dövlət rəhbərliyinin qətiyyətinə əsaslanır. Azərbaycan xalqı üçün Zəfər Günü, yalnız bir qələbə tarixi deyil, həm də milli iradənin, qürurun və azadlıq ruhunun simvoludur. Bu gün Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik günü olaraq qeyd olunur. Dövlətimizin şəhid ailələrinə və qazilərə olan dəstəyi bu qələbənin sarsılmaz dayağıdır. Hər il 8 Noyabrda keçirilən tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilir, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə örnək kimi təqdim olunur Zəfər Günündə ölkəmiz üçün yeni perspektivlər yaranır. Azərbaycan həm bölgədə, həm də dünyada öz mövqeyini daha da möhkəmləndirərək, tərəfdaş ölkələrlə əlaqələrini genişləndirir. Zəfər Günü həm də sülh və barış simvoluna çevrilmişdir. Azərbaycan bu qələbə ilə gələcəkdə sülh və stabillik yönündə mühüm addımlar atmağa qadir olduğunu göstərdi. Bu gün Azərbaycan xalqının qürur günü olaraq tarixə qızıl hərflərlə yazılmışdır.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button