
Azərbaycanın dövlətçilik tarixində ayrı-ayrı tarixlər ölkənin siyasi inkişafında mühüm mərhələləri əks etdirir. 3 oktyabr 1993-cü il də belə tarixlərdən biridir.
Həmin gün keçirilən prezident seçkilərində Heydər Əliyevin seçilməsi ölkənin gələcək siyasi və iqtisadi inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir.
1993-cü ildən sonra dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi islahatların aparılması və Azərbaycanın xarici əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlər davam etdirildi.
3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik salnaməsində mühüm siyasi hadisə kimi öz yerini qoruyur.
Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri



