AnalitikaElm və TəhsilGündəm

Milli Elmlər Akademiyası 80 ildə elmin inkişafına böyük töhfə verib

Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti ərzində milli elmin inkişafında, elmi məktəblərin formalaşmasında və intellektual potensialın gücləndirilməsində mühüm rol oynamışdır. Müxtəlif ictimai-siyasi dövrlərdən keçsək də, Azərbaycan dövləti hər zaman elmə və alimlərə xüsusi diqqət göstərmişdir.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bu istiqamətdə dövlət siyasətinin davamlılığını bir daha nümayiş etdirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan bu gün dünyada elmi, texnoloji və hərbi potensialı ilə seçilən ölkələr sırasındadır. Pilotsuz uçuş aparatlarının istehsalı, innovativ texnologiyaların tətbiqi və elmi əsaslı qərarların qəbul edilməsi bu uğurların bariz göstəricisidir.

Prezident həmçinin Ulu Öndər Heydər Əliyevin elmin inkişafı istiqamətində gördüyü mühüm işləri xatırladaraq bildirdi ki, 1970-ci illərdən başlayaraq ölkəmizdə elmi kadr hazırlığı sistemli şəkildə qurulmuş, minlərlə gənc xaricdə təhsil almağa göndərilmişdir. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlarda AMEA alimlərinin fəal iştirakını vacib saydı. O vurğuladı ki, zəngin təbii ehtiyatların öyrənilməsi və səmərəli istifadəsi ölkə iqtisadiyyatına mühüm töhfə verəcək.

AMEA-nın 80 illik yubileyi bir daha sübut etdi ki, Azərbaycan elmi dövlətin prioritet istiqamətidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi elmi inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən müasir tələblərə uyğun şəkildə uğurla davam etdirilir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button