AnalitikaGündəm

Qalib xalqın həmrəylik günü

Dünyada çox az xalqlar var ki, öz azadlığını əldə etmək üçün çox qurbanlar verməli olub. Həmin xalqların sırasında məhz Azərbaycan xalqının öz xüsusi yeri var. Hələ ötən əsrin səksəninci illərindən başlayaraq formalaşmaqda olan milli azadlıq duyğuları öz inkişaf xəttinin məntiqi nəticəsi kimi böyük bir imperiyanın müstəmləkə zülmünə son qoymuş oldu.

Müstəqilliyimizin əldə olunması nə qədər cətin başa gəlsə də, onun qorunub saxlanılması bir o qədər də cətin idi. Bu ağır yükü öz üzərinə götürən siyasətci hər cəhətdən möhkəm siyasi iradəyə, dərin intellektə sahib olmalı idi. Bu şəxs isə Ümummilli Lider Heydər Əliyev idi.  Təəssüflər olsun ki, azadlıq hərəkatının rəhbərliyini ələ almış, kütlələri öz populist çıxışları ilə ovsunlamış siyasi dairələrin bir çox nümayəndəsi ümummilli liderin bu üstün keyfiyyətlərini vaxtında yetərincə qiymətləndirə bilməmişdi.

Sonrakı illərdə Ulu Öndərin  siyasi kursunu isə uğurla Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirdi. Cənab Prezidentin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi. Xalq-iqtidar birliyini inkişafının, xalqımızın möhkəm həmrəyliyinin məntiqi nəticəsi kimi Qarabağda erməni işğalına son qoymaq üçün  2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən əks, həmlə əməliyyatı ilə işğala birdəfəlik son qoyuldu. Qarabağın ürəyi sayılan Şuşanın azad olunması xəbərini cənab Prezident verdikdən sonra bu xəbər nəinki ölkəmizdə, dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının böyük sevinc və bayramına cevrildi. Ön cəbhədə ordumuzun, arxa cəbhədə mülki vətəndaşlarımızın əzmkarlığı bu Vətən müharibəsində böyük bir dastanın yazılmasına gətirib çıxartdı. Bu dastanın müəllifi isə heç şübhəsiz, Cənab Prezident İlham Əliyevdir. Bu qalibiyyətlə xalqımız öz həmrəyliyi ilə tarixdə ikinci dəfə faşizm üzərində parlaq qələbə qazanmış oldu.

Qarşıdakı illərdə bizim hələ görəcək böyük işlər var. Qarabağın və Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizinin açılması, bölgədə böyük sülh müqaviləsinin bağlanması və böyük iqtisadi münasibətlərin başlanması görüləcək işlərdən sadəcə bir necəsidir. Bu gün biz fəxr edirik ki, dünyada xüsusi nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri var.

Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button