GündəmElm və Təhsil
Baş nazir: Gələn il 123 məktəbdə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub
Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı qeyd etmək istərdim ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10 faizini təşkil edir.
Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn il aparılması nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır.