AnalitikaGündəm

Azərbaycan dünya şöhrəti qazandı öz imzasını imzalar içində bir daha təsdiqlədi

Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Ölkəmizdə son dövrlər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP29) hazırlıqlar fonunda bəzi xarici qüvvələrin siyasi sifarişi əsasında COP29 tədbiri ilə əlaqədar Azərbaycana qarşı məqsədyönlü qarayaxma kampaniyası təşkil olunmuşdur. COP29 ilə bağlı paylaşılmış siyasi motivli məqalə və reportajların mahiyyət etibarı ilə bir-birini təkrarlaması onların xaricdəki vahid mərkəzdən idarə olunduğunu deməyə əsas verir. Bununla belə Azərbaycan bütün siyasi təzyiqlərə tab gətirərək, bir daha rəqibləri üzərində mühüm diplomatik qələbə əldə etmişdir. Qarayaxma kampaniyasının arxasında Fransa və Avropa İttifaqının bəzi struktur və vəzifəli şəxslərinin olduğu vurğulayaraq həmin qüvvələri aşağıdakı kimi təsnifləndirmək olar: 1. ABŞ-da hazırda hakimiyyətdə olan demokratlar partiyası xarici siyasət sahəsində tam iflasa uğradıqlarına görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi sənədini daxili auditoriyaya diplomatik uğur kimi təqdim edib, noyabr ayının 5-də keçirilən prezident seçkilərində mövqelərini gücləndirməyə çalışmışdırlar. Prezident seçkilərində rəqib Donald Trampa məğlub olan Bayden administrasiyası bunun səbəbini öz səriştəsizliyində deyil, Azərbaycan kimi digər ölkələrin fəaliyyətində axtararaq hakimiyyətinin sonunadək qarayaxma kampaniyasını davam etdirmək niyyətində olduğu görünür. 2. Uzun müddət Qoşulmama Hərəkatının sədri olan Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq diplomatik meydanın imkanlarından istifadə edərək Fransanın davam edən neomüstəmləkəçi siyasətini ifşa etmişdir. Azərbaycanın bu siyasəti sədrliyi Uqandaya təhvil verdikdən sonra da uğurla davam etdirmişdir.

Müşahidələr göstərir ki, Fransanın media resurslarının xüsusi diqqət mərkəzində olan ölkələrdən biri məhz Azərbaycandır. Fransa nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla Azərbaycanın Fransanın neomüstəmləkəçi siyasətinə qarşı apardığı ədalətli mübarizəsini diskreditə etməyə çalışır. Ölkəmizə və Ali Rəhbərliyimizə qarşı genişmiqyaslı və planlı şəkildə həyata keçrilmiş böhtan və qarayaxma kampaniyasına baxmayaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə saysız diplomatik qələbələr siyahısına COP29 ilə bağlı uğurlar da əlavə olunmuşdur. Qeyd olunanların əhəmiyyətini aşağıdakı məqamlar daha da parlaq edir: – COP29 kimi böyük tədbirinin təşkili Azərbaycanın inkişafının və təşkilatçılıq imkanlarının geniş olmasının göstəricisi kimi nəzərdən keçirilir. Sammitdə iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş çoxsaylı ölkə rəsmiləri ölkəmizin qüdrətindən agah olub, ölkəmizlə mühüm sahələrdə böyük əməkdaşlıq imkanlarının mövcudluğunun şahidi olmuşlar. – COP29 sammiti çərçivəsində Azərbaycan 670 milyon ABŞ dolları investisiya dəyərində olan günəş elektrik stansiyalarının tikilməsinə dair müvafiq sazişlər imzalamışdır. Qarabağda inşa edilməsi planlaşdırılan günəş elektrik stansiyası işğaldan azad edilən ərazilərə xarici investisiyaların cəlb edilməsi planının mühüm bir hissəsi olmuşdur. Enerji siyasətinin optimizasiyası kontekstində Azərbaycan İtaliya şirkəti ilə 100 milyon kubmetr qazın itməsinin qarşısının alınmasına dair razılaşma əldə etmişdir. Azərbaycan dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi.

Könül Baxışova,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin kimya müəllimi

Oxşar Xəbərlər

Back to top button