AnalitikaGündəm

Azərbaycanın COP-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konversiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfranslardır. Hər il dünyanın hər yerindən hökümət nümayəndələri COP-da toplanaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir.

Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konversiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu 28-ci sessiyası (COP-28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP-29 isə bu ilin noyabr ayında Azərbaycan Respublikası Bakı şəhərində keçirilir. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaqdır və şəhər bir çox xarici qonaqları qarşılayacaq. Azərbaycanda COP-29 keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində fəal iştirak etməkdədir. COP29-un Bakıda keçirilməsi qərarı, həm Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq cənab prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin davamlı inkişafının və beynəlxalq əməkdaşlığa sadiqliyinin göstəricisidir. Eyni zamanda beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcəkdir.

2020-ci ildə 44 günlük müharibədən dərhal sonra cənab prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırmışdır. Artıq Qarabağda və Şərqi Zəngəzurda hidroenerji potensiyalından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektirik stansiyalarının gücü 500 meqavat olacaq.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş və bu sahədə qazandığı uğurlar sayəsində COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Aytəkin Xəlilova,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button