Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı ilə əlaqədar söylədiyi fikirlər bir daha bütün dünyada ölkəmizin qüdrətini nümayiş etdirmiş oldu. 12 noyabr tarixində bütün dünyanın gözü doğma Vətənimizə yönəldi. Bu cür mötəbər bir tədbirin 200 ölkənin razılığı ilə Azərbaycanda keçirilməsi üçün verilən qərar dövlətimizin ümumdünya arenasında necə bir imicə sahib olduğunu sübut etdi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bəzi qarayaxma kampaniyalarına baxmayaraq dövlətimiz 169 ölkənin 72 minlik nümayəndəsinə ev sahibliyi edir. Təbii ki, bu nümayəndələr içərisində ən əsası BMT baş katibi, prezidentlər, vitse-prezidentlər, yüksək rütbəli şəxslər yer alırlar. Cənab Prezident İlham Əliyev çıxışı zamanı bir çox önəmli məsələlərə toxundu. İlk növbədə BMT qətnamələrinin masa üstündə qalması, tarixi-əzəli torpaqlarımızın öz hesabımıza güc yolu ilə geri qaytara bildiyimizi bir daha dünya mediasının nəzərinə çatdırdı. Mənfur Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə son qoyulduğu və dövlət suverenliyimizin tam təmin olunduğu qeyd olundu. Bildiyimiz kimi ölkəmizdə bir çox azsaylı xalqlar yasayirlar. O cümlədən, ölkəmiz hər zaman turistlərin əsas səyahət etdiyi bir yerdir. Respublika Prezidenti multikulturalizm mövzusuna toxunaraq hər zaman digər etnikərə dinindən, irqindən asılı olmayaraq hörmətlə yanaşıldığını, ölkəmizdə hər zaman sağlam mühitin olduğunu diqqətə çatdırdı. Qlobal İqlim dəyişiklikləri ilə əlaqədar Cənab İlham Əliyevin fikirləri olduqca önəmli məna kəsb edir. Yaşıl Gündəlikdə duran məsələlərdən bəhs edərkən ən çox Günəş panelləri, Külək enerjisi ilə alınan enerjinin gələcəkdə necə böyük əhəmiyyət kəsb edəcəyini vurğuladı. Qarşıda dövlətimizin həm yaxın, həm uzaq dövlətlərlə bağlı böyük layihələrinin nəzərdə tutulduğunu qeyd etdi. Buna misal olaraq Yaşıl enerjinin Qara dənizin dibi ilə daşınması layihəsidir. Uca Tanrının bizə bir çox təbii sərvətlər bəxş etdiyini- neft, qaz, qızıl, mis yataqlarının olduğunu bildirən cənab prezident İlham Əliyev buna göre ölkəmizi qınayanlara öz mesajını verdi. Hələ 1846-ci ildən Bakıda sənaye üsulu ilə, daha sonra 20-ci əsrin ortalarında dənizin dibindən neft çıxarılması mühüm tarixi hadisələrdir. Həmin dövrlərdə Azərbaycan ümumdünya neft hasilatının böyük hissəsini təşkil edirdi. İndi isə müasir dövrdə çox kiçik bir faiz təşkil etməsinə baxmayaraq bəzi dövlətlərdə QHT adı ilə fəaliyyət göstərən qurumların Azərbaycanın neft-qaz hasilatı ilə bağlı şişirdilmiş qərəzli məlumatları yayanlara tutarlı cavab idi. 2 il öncə Avropa Komissiyasının Bakıda Avropaya neft ixracı ilə bağlı sazişi xatırladan Cənab İlham Əliyev hal-hazırda 8-i Avropa ölkəsi olmaqla 10 ölkənin Azərbaycandan qaz aldığını və bunun məhz Avropa Komissiyasının təklifi olduğunu bəyan etdi. Ümumilikdə tutarlı mesajları ilə dünya liderləri və mediası qarşısında çıxış edən Cənab İlham Əliyev ölkəmizi hərtərəfli təsvir etdi və mövcud vəziyyəti ətraflı izah etdi. Milli dəyərlərin, multikulturalizmin qorunması, ətraf mühitin mühafizəsi, təbii enerjinin bərqərar olması, dostluq və əməkdaşlıq fonunda inkişaf etmək bizim dövlətin başlıca məqsədlərindəndir. Hər kəsə “xoş gəlmisiniz” deyən Cənab İlham Əliyev bir daha dövlətimizin qüdrətini, ümumdünya arenasında tutduğu yeri sübut etmiş oldu. Azərbaycan hər zaman mötəbər tədbirlərə, vacib sammitlərə ev sahibliyi etmək iqtidarındadır. Buna mövcud sammitin gedisi prosesində bir daha şahid olduq. Mən fəxr edirəm ki,bu ölkənin vətəndaşıyam. Hər zaman irəli, Azərbaycanım!
Səbinə Abışlı,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi