AnalitikaGündəm

Birgə bəyannamə Azərbaycanın hərbi və siyasi qələbəsidir

Azərbaycan xalqı 30 illik düşmən təcavüzü altında qalan torpaqlarını cəmi 44 günlük möhtəşəm bir savaşla azad etmiş və öz ərazi bütövlüyünü bərpa etmişdir. Haqqında uzun müddət danışılacaq bu parlaq qələbəmizin nəticəsi olaraq Azərbaycan-Rusiya-Ermənistan arasında 10 noyabr 2020-ci il bəyanatı imzalandı. İmzalanmış tarixi əhəmiyyətli bu bəyanat ilə Azərbaycan işğalçı ölkənin məğlubiyyətini rəsmiləşdirdi. 30 il ərzində ölkəmiz ATƏT-in Minsk qrupu formatında Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda fəal iştirak edib. Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev öz çıxışlarında həmişə qeyd edirdi ki, danışıqlar heç bir nəticə vermədiyi halda hərb yolunun seçilməsi istisna deyil. Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmamış, işğalda olan ərazilərinin azad olunması üçün danışıqlar porosesində iştirak edib. Ermənistanın işğal etdiyi ərazilərdə törətdikləri vəhşiliklərin cəzasız qalması, onları yeni-yeni torpaq iddiaları irəli sürməsinə cəsarətləndirirdi. Bu iddialarını həyata keçirmək üçün Ermənistan sentyabrın 27-si cəbhə xətlərində genişmiqyaslı təxribata başladı. Yaşayış məntəqələrimizin müxtəlif iriçaplı silahlardan atəşə tutulması Azərbaycanın əks-hücum əməliyyatı ilə nəticələndi.

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu düşmənlə qarşı-qarşıya döyüşdə yüksək rəşadət və qəhrəmanlıq göstərərək öz tarixi qələbəsini qazandı. Unutmaq olmaz ki, döyüşlər yalnız Azərbaycan ərazisində gedirdi. Baxmayaraq ərazi bütövlüyümüzün bərpa olunması üçün BMT-nin 4 qətnaməsi qəbul edilmiş, düşmən təcavüzkar kimi qiymətləndirilmiş, lakin heç bir nəticə əldə olunmamışdı. Nəhayət, Azərbaycan xalqı bu tarixi qələbə ilə uzun bir müddətdə BMT-nin həyata keçirə bilmədiyi beynəlxalq hüqüq normalarının və sadəcə kağız üzərində yazılı şəkildə qalmış Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasının, sərhədlərinin toxunulmazlığının zəruriliyini bildirən 4 qətnamənin icrasına nail oldu. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın vətən sevgisini, birliyini, iradəsini, əzmini əks etdirən bu 44 günlük müharibə ilə ordumuz işğal altında qalan 5 şəhər, 2 qəsəbə, 300 kənd və çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdi. Bu şanlı qələbəmizin qazanılmasında Azərbaycan xalqının Dəmir Yumruq altında birləşməsinin böyük əhəmiyyəti oldu. Bu birlik bütün dünyaya sübüt etdi ki, xalqımız iradəli, mərd və tarixi döyüş təcrübəsinə malik olan bir xalqdır.Şuşanın azad olunduğu gün- 8 noyabr 2020-ci il tarixə ən şanlı bir gün kimi daxil oldu. Şuşa uğrunda gedən əlbəyaxa döyüşlər Milli Ordumuzun tarixində bir qəhrəmanlıq səlnaməsinə çevrildi.

10 noyabr birgə bəyanatının mühüm müddəalarından biri də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaranmasıdır. Bu mühüm məsələ Azərbaycan Respublikası üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, bu məsəslənin həll olması tarixi “İpək yolu”nun bərpası və Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması deməkdir. Tarixi zəfər günümüzün əldə olunmasında Azərbaycan 3000-ə yaxın şəhid verdi. Xalqımız öz şəhidini heç bir zaman unutmayacaq, onlar daim bizim qəlbimizdə yaşayacaqdır.

Altun İbrahimov,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button