Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır. Bayraq müqəddəsdir, millətin, xalqın qeyrət rəmzidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin simvolu, hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi, and yeridir.
Bu bayrağı uca tutmaq hər bir azərbaycanlının borcudur. Başımız üstə dalğalanan üçrəngli bayrağımızda vətənin gücü, qüdrəti var. Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb.
Müstəqilliyimiz uğrunda gedən mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də bayraq bizim üçün müqəddəsdir. Müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan bayrağımız qürur və varlığımızın təcəssümüdür.
Bu gün Azərbaycanın üçrəngli bayrağı Ali Baş Komandan İlham Əliyevin uğurlu sərkərdəliyi sayəsində, müzəffər ordumuzun qəhrəman, igid əsgər və zabitlərinin şücaəti nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda məğrurla dalğalanır!
Bayrağın daim ucalarda olsun, Azərbaycan!
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri