Qubadlı bölgəsi tarixən Zəngəzur mahalının tərkibində olmaqla qədim tarixi – etnoqrafik bölgələrdən biridir. Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarında şəfalı bulaqları vardır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olmuşlar.
Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var. Bundan başqa mərmər karxanası da mövcud olmuşdur. Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilib.İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırmışdılar.
Nəhayatki Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Düşmənin cəmləşdiyi Qubadlı şəhərinə iki istiqamətdən hücum edilərək ordumuz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilən döyüş tapşırığı nəticəsində əvvəlcə şəhər ətrafında yüksəkliklər, sonra şəhər işğalçılardan təmizlənib. Qubadlı əməliyyatı həm də Laçın dəhlizinə, eyni zamanda, Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verdi. Çünki Laçın dəhlizi düşmənin təminat yolu sayılırdı və erməni hərbi birləşmələri də bilirdi ki, Qubadlı strateji mövqedə yerləşir. Onların orada çox möhkəmlənməsinə baxmayaraq, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırığını ruh yüksəkliyi ilə yerinə yetirib, Qubadlını azad etməklə, həm də Laçına gedən yolu açıb və düşmənin əsas dayaq məntəqələrini məhv edib.
Bu gün azad olunan ərazilərimiz yenidən qurulur. Bu gün azad olunan ərazilərimiz yenidən qurulur. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “Biz işğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyik.”
Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və Böyük Qayıdışı da tezliklə təmin edəcəkdir. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.
Abbasova Yeganə,
YAP-ın fəalı