Qubadlı rayonu Ermənistanla sərhəddə yerləşir. Şəhər tipli qəsəbə olan bu yer, 1990-cı ildə şəhər statusu alıb. Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri də Qubadlı olub.Fevral ayında Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak olub, 20 nəfər yaralanıb. Şəhər 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, nəticədə rayondan otuz minə yaxın insan doğma torpaqlarından didərgin salınıb. 30 illik həsrətə sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Əks-hücum əməliyyatı ilə düşmən geri oturdulub və 44 gün ərzində 30 illik işğala son qoyulub. Oktyabrın 20-də Zəngilan azad olunduqdan sonra, növbəti istiqamət Qubadlı olub. Ali Baş Komandan Cənab Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciət edərək, Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını xəbər verib. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənə lazımi cavabı verib. Bu gün 30 illik Qarabağ həsrətinə son qoyulub və xalqımızın ata-baba yurduna qayıdışı təmin olunur. Bir milyondan çox azərbaycanlı bu müddətdə ümid və səbrlə öz əzəli yurduna qayıtmağı gözləyib. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb: Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.İşğal müddətində bütün binalar, abidələr sökülüb Qubadlı rayonunun bütün kəndləri, qəsəbələri dağıdılıb. Ölkə başçısı Cənab Ali Baş Komandan İlham Əliyev şəhərə səfərində deyib: “Qubadlı rayonunun gözəl mənzərəsi və əsrarəngiz təbiəti var. Hər şeyi yenidən quracağıq, yolları da, bütün infrastrukturu da. Gözəl mənzərədir”. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Ali Baş Komandan Qubadlıda rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərdə məhz hər bir yaşayış məntəqəsinin işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bird aha bildirdi. Şəhidlərimizi hörmətlə yad etdi. Azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra onların adlarının məktəblərə və küçələrə veriləcəyini də nəzərə çatdırdı.
Bu gün Azərbaycan xalqı öz tarixi Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurtulmasının ildönümlərini qürurla qeyd edir. 2020-ci il oktyabrın 25-də Qubadlıda erməni əsarətinə son qoyulub. 31 iyul 2023-cü ildə imzalanmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Ölkə başçımızın da dediyi kimi, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və xalq-iqtidar birliyi kimi amillər bizə qələbəni gətirib. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.
Ramin Əliyev,
YAP-ın fəalı