Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Qubadlının işğaldan azad olunması ölkə suverenliyinin bərpa edilməsi və ərazi bütövlüyünün təmin edilməsi baxımından önəmli bir hadisədir. Qubadlının işğaldan azad edilməsi böyük qələbənin növbəti carçısı, şanlı ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Elə düşmən də bütün bunları görərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı işlər aparılır. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri tarixi hadisədir və bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli əhəmiyyət daşıyır. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. İşğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Xalqımız hər il bu günü qürur hissi ilə qeyd edir. Xalqımız bu gün müharibə şəraitində yaşayır. Torpaqlarımız uğrunda döyüşən igidlərimiz dinc sakinlərə, qadınlara, körpə uşaqlara qarşı terror aktı törədən erməni cəlladlarından fərqli olaraq, öz canı, qanı hesabına, müharibə qanunların uyğun olaraq, vuruşur, torpaqlarını erməni qesbkarlarından təmizləyir, yeri gəldikdə, qorxmadan, çəkinmədən Vətən uğrunda şəhid olurlar. Çünki « Uğrunda ölən varsa, vətən var!» stimulu onlara cəsarət, güc və inam verir. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Məmmədova Nərmin,
YAP-ın gənc fəalı