AnalitikaGündəm

Artıq Zəngilanın azad olunmasında dörd il ötür

Xalqımız, 30 il sonra 2020-ci ildə  torpaqlarımızın işğaldan azad olunması ilə bütün Azərbaycanlıları sevindirdi. Azərbaycan 44 günlük vətən müharibəsində göstərdi ki, zəfər daim bizimlədir. Qarabağ torpaqları 30 ilə yaxın əsarət altında idi. Erməni zülmü altında inləyən bu torpaqların bir gün azadlığına qovuşacağına xalq olaraq ürəkdən inanır,ümidlərimizi itirməmişdik. Azərbaycanın mövqeyinin haqlı olması onun qələbəsində çox böyük rol oynayıb. Bu zəfər bütün türk dünyası üçün önəmli bir hadisədir. Azərbaycan Ordusu Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarını Qarabağdan qovdu. Bu dünyada bəlkə də heç bir ordunun edə bilməyəcəyini Azərbaycan Ordusu həyata keçirdi.

Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin dördüncü il dönümüdür. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. Azad olunmuş torpaqlarımızda indi abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da çəkilir. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var.

Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Düz dörd il öncə düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəri bununla bağlı Ali Baş Komandana məruzə etdi: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button