AnalitikaGündəm

Zəngilan artıq ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib

2020-ci il noyabrın 26-da «Zəngilanın azad olunmasına görə» medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 6974 hərbi qulluqçumuz «Zəngilanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimiz bu gün də böyük ehtiramla anılır.

Erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə dağıtmaqla əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı  və Müzəffər Ali Baş Komandanımız başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər.

Postmüaribə dövründə Prezident İlham Əliyev Zəngilan rayonuna 12 səfər etmiş, burada aparılan bütün bərpa və quruculuq işləri ilə  bilavasitə özü tanış olmuşdur. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.

Bəli, yenidən qurulan Zəngilan  artıq ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib. Belə ki, 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil edilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu məhz Zəngilanda keçirilib. Bu tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı iştirak edib. Həmçinin 2021-ci il oktyabrın 26-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin aşılış mərasimində iştirak edib, layihə  çərçivəsində görülən işlərlə tanış olub. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button