AnalitikaGündəm

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğanacaq

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırması ölkənin ərazi bütövlüyünün tam bərpası və milli iradənin təntənəsi kimi tarixə düşüb. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də xalqın 30 illik gözləntilərinin gerçəkləşməsi və dövlətçilik ənənələrinin güclənməsinin təzahürü olub.

Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa,haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq. Bütün bu prseslərin fonunda Ermənistanın üzərinə məsuliyyət düşür. Ermənistan öz öhdəliklərini icra etməli, üçtərəfli bəyanatın tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır.

Xankəndində şanlı tariximizin böyük şəxsiyyətlərindən olan Prezident İlham Əliyev xalqımıza böyük qələbə sevincini yaşatdı. Bayrağımızı artıq əzəli və əbədi torpaqlarımızda- Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla bütün dünyaya bəyan etdi.

Azərbaycan uzun illər ərzində torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə aparmış və bu yolda güclü iqtisadiyyat və ordu qurmağa önəm vermişdir. Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən əsas məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və işğal altındakı bütün ərazilərdə bayrağın ucaldılmasını müəyyən etmişdir. Xankəndidəki bayraq mərasimi bu məqsədə nail olunmasının rəmzi olaraq milli yaddaşda əbədi yer tutacaq. Xankəndidə dövlət başçımızın çıxışı zamanı vurğulanan əsas mesajlardan biri güclü iqtisadiyyatın və ordu quruculuğunun dövlət müstəqilliyinin təminatçısı olmasıdır. İqtisadi inkişafın müstəqillik üçün şərtsiz vacib olduğu fikri Prezidentin strateji yanaşmasının mərkəzində dayanır. Azərbaycanla dünya artıq hesablaşır və dövlətimiz region səviyyəsində deyil, daha geniş coğrafiyada siyasi əhəmiyyət daşıyan təşəbbüslərlə çıxış edir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button