AnalitikaGündəm

Laçının mədəniyyət paytaxtı elan edilməsi, turizm sektorunu canlandıracaq

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. Bu gün MDB beynəlxalq əməkdaşlığın önəmli formatı kimi qəbul edilməkdədir. Təsadüfi də deyil ki, hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanı və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Azərbaycanın da MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.

Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq bu gün postsovet məkanında inteqrasiya proseslərinin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyevin 8 oktyabr 2024-cü il tarixində Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsini və MDB çərçivəsində mədəni, iqtisadi və siyasi əməkdaşlığın perspektivlərini vurğulamışdır. Bu çıxış Azərbaycanın beynəlxalq arenada rolunun güclənməsi və Rusiya ilə müttəfiqlik əlaqələrinin dərinləşməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

MDB-nin mədəniyyət paytaxtı proqramı, üzv ölkələr arasında mədəni mübadilə və əməkdaşlığı təşviq edir. Laçın şəhəri, bu statusla müxtəlif festivallar, sərgilər və mədəni tədbirlərin keçirilməsi üçün bir mərkəzə çevriləcək. Bu, yalnız Laçının, həm də MDB regionunun mədəni həyatını zənginləşdirəcək.

Laçının mədəniyyət paytaxtı elan edilməsi, turizm sektorunu canlandıracaq. Ziyarətçilər, Laçının tarixi abidələri, gözəl mənzərələri və yerli mətbəxi ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu, şəhərin iqtisadiyyatına müsbət təsir edəcək və yerli iş imkanlarının artmasına səbəb olacaq.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button