AnalitikaGündəm

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Prezident İlham Əliyev 2024-cü il 4 oktyabr tarixində Cəbrayıl şəhərində etdiyi çıxışla İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfəri və Cəbrayılın azad olunmasının əhəmiyyətini bir daha vurğulayıb. Cəbrayıl şəhərinin azad edilməsi yalnız hərbi cəhətdən deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyıb. Bu əməliyyat Ermənistan ordusunun müharibənin ilk günlərində aldığı böyük zərbə olub və Azərbaycan xalqının ruh yüksəkliyi verib.

Azad olunmuş Cəbrayıl şəhərində gözəl, gözoxşayan evlər inşa edilmişdir. Bu evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Artıq indi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Şəhər işğaldan azad ediləndə Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Şəhərdə törətdikləri vəhşiliklərin müqabilində Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur.

Cəbrayılın inkişafı ilə bağlı infrastruktur layihələrinin dərhal icrasına başlanılıb. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Azad edilmiş torpaqlarda görülən genişmiqyaslı bərpa işləri, Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirir. Bütün şəhər və kəndlərdə infrastruktur layihələri dəqiqliklə planlaşdırılıb və həyata keçirilməkdədir. Dövlət başçımız həmçinin Azərbaycanın keçmiş köçkünlərə olan qayğısını da xüsusi qeyd edərək, Cəbrayılda inşa edilən çoxmənzilli binaların onların həyat şəraitini yaxşılaşdırmağa yönəldildiyini vurğulayı. Bu binalar dövlətin keçmiş köçkünlərin normal yaşayış şəraitini təmin etmək üçün göstərdiyi səylərin bir göstəricisidir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button