AnalitikaGündəm

Aşıq Ələsgərin irsi xalqın ruhunu yaşadan əbədi yaddaşdır

Cari ilin 30 sentyabrında Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışı həyata keçirilmişdir. Prezident İlham Əliyev bu tədbirdə aşıq sənətinin mədəni və tarixi əhəmiyyətini, eləcə də onun Qərbi Azərbaycan kontekstindəki rolunu xüsusi qeyd etmişdir. Heç şübhəsiz bu hadisə yalnız bir mədəni abidənin açılışı deyil, həm də xalqın tarixi yaddaşını yenidən bərpa etməyə yönəlmiş strateji bir addım hesab olunmalıdır.

Aşıq Ələsgər, yalnız musiqiçi deyil, həm də xalqın ruhunu ifadə edən bir sənətkardır. Onun adının əbədiləşdirilməsi, gənc nəsillərə onun yaradıcılığını tanıtmaq və aşıq sənətini daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər, milli mədəniyyətin və irsin gələcəkdə daha da güclənməsinə xidmət edir. Bununla yanaşı, bu sərəncamlar, Aşıq Ələsgərin yaradıcılığına olan ehtiramın bir göstəricisi kimi, Azərbaycan cəmiyyətində mədəni irsin qorunması və təşviqi yönündə atılan mühüm addımlardır. Aşıq Ələsgərin yaradıcılığı, şübhəsiz ki, Azərbaycan xalqının mədəniyyətində dərin izlər buraxmışdır. Onun əsərləri, yalnız musiqi və poeziya ilə deyil, eyni zamanda milli ruh və vətənpərvərlik hissi ilə də doludur. Aşıq Ələsgərin sözləri, zamanla daha da dəyərli hala gəlmiş, onun vətənpərvərliyi və xalq sevgisi, nəsillər boyu Azərbaycan insanının qəlbində yaşayır. 200 il keçsə də, Aşıq Ələsgərin yaradıcılığı, onun dərin hikmətləri və səmimi duyğuları ilə hələ də aktuallığını qoruyur. O, yalnız bir sənətkar deyil, həm də bir yolgösterici, milli kimliyin və mədəniyyətin simvoludur. Bu cür görkəmli şəxsiyyətlərin xatirəsi, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsizdir. Aşıq Ələsgərin yaradıcılığı, xalqımızın mübariz ruhunu, birliyini və vətənə bağlılığını simvolizə edir. Bu, həm də onu göstərir ki, mədəniyyətimiz, ədəbiyyatımız və musiqimiz vasitəsilə gələcək nəsillərə vətənpərvərliyi aşılamaq mümkündür. Bu səbəbdən Aşıq Ələsgərin irsinin əbədiləşdirilməsi, yalnız onun xatirəsini yaşatmaq deyil, eyni zamanda milli dəyərlərin təbliği üçün də mühüm bir addımdır.

Aşıq Ələsgərin abidəsinin açılışının Qərbi Azərbaycan mədəniyyətinin bərpası üçün rəmzi məna kəsb edir. Bu abidə yalnız bir sənətkarın irsini deyil, həm də bütün bir xalqın mədəniyyətini və onun keçmişini simvolizə etmişdir. Prezident İlham Əliyev gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidələrinin bərpa ediləcəyini, eyni zamanda Ağkilsə kəndində bu cür mərasimlərin keçirilməsinin mümkünlüyünü vurğulamışdır. Beləliklə onu demək mümkündür ki, Aşıq Ələsgərin abidəsinin açılışı yalnız bir mədəni tədbir olaraq deyil, həm də milli birliyin güclənməsi və mədəniyyətimizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button