AnalitikaGündəm

Azərbaycan dünyanın diqqət mərkəzindədir

Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb. Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, “Milliyet”, “Cumhuriyyet”, “Son dakika”, “Haberler.com”, “Ensonhaber”, “Son dakika”, “Haber Global” kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb. “Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər”, “Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi”, “Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir”,  “Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk”, “30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir”, “Qardaş ölkə Azərbaycan seçki prosesində” kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə builki seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib. Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçkilər üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir. Azərbaycan Milli Məclisinə keçirilən seçkilər, o cümlədən Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır.

Azərbaycan kimi qüdrətli və güclü dövlətin dünyanın diqqət mərkəzində olmasıdan normal heçnə yoxdur. Son keçirilən parlament seçkilərində Azərbaycan diqqət mərkəzində oldu. Xarici xəbər saytlarında Azərbaycanla bağlı materiallar yer alıb. Azərbaycanın  dünyanın diqqət mərkəzində olması şübhəsiz ki, güclü iqtisadi potensialı olan qalib dövlət olduğumuz üçün normal hala çevrilib. Şübhəsiz ki, gələcəkdə də  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dünya mətbuatında daha  da çox görməyə davam edəcəyik. Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşılayıblar. İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Yeddinci çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyev geniş nitq söyləyib.  Prezident Milli Məclisin üzvlərini Yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Prezidentin çıxışı sürəkli alqışlarla qarşılanıb. Sonra Milli Məclisin  deputat Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib. Yeddinci çağırış Milli Məclisin ilk iclasında doqquz məsələ müzakirə olunub, bir sıra qərarlar qəbul edilib. Seçilən deputatları təbrik edirəm və Milli Məclisə uğurlar arzulayıram.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button