AnalitikaGündəm

Qarabağ Universiteti açılışı, Azərbaycanın təhsil və inkişafının yeni simvoludur

Xankəndi şəhərində 20 sentyabr tarixində Qarabağ Universitetinin təmirdən sonra açılışı ilə bağlı keçirilən tədbirdə cənab prezidentin çıxışı mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək, Azərbaycanın son bir ildə əldə etdiyi tarixi uğurları vurğuladı. O, xüsusilə Azərbaycan Ordusunun dövlət suverenliyini tam bərpa etməsi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçı qüvvələrin məhv edildiyini qeyd etdi. Prezidentin çıxışında, bu əməliyyatların və Vətən Müharibəsində qazanılan qələbələrin Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirdiyi vurğulandı. Hərbçilərimizin fədakarlığı və vətən uğrunda verdikləri qurbanlar, xalqımız üçün əbədi qürur mənbəyidir. Qarabağ Universitetinin açılması isə bölgədə təhsil və elmin inkişafı üçün yeni bir səhifə açır və Azərbaycanın sabitliyi təmin etmə səylərinin bir göstəricisidir. Bu ali təhsil müəssisəsi təkcə tələbələrin yüksək səviyyəli təhsil almaları üçün deyil, həm də bölgənin gələcək inkişafına ciddi təkan verməsi baxımından vacibdir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib və Xankəndi kimi strateji bir şəhərdə bu universitetin fəaliyyətə başlaması əlamətdar hadisədir. Qarabağın dirçəldilməsi və gələcək inkişafı üçün atılan bu addımlar, Azərbaycanın gücünü və iradəsini bir daha nümayiş etdirir. Universitet, Qarabağın gələcək quruculuğunun simvolu kimi yaddaşlarda qalacaq və bölgədə təhsil, elm və texnologiyanın inkişafında mühüm rol oynayacaq. Tələbələrə yaradılan geniş imkanlar, onların gələcəkdə ölkəmizə faydalı mütəxəssislər kimi yetişmələrini təmin edəcək. Tədbirdə prezidentimizin “Qarabağ Azərbaycandır!” ifadəsi isə həm bugünkü uğurlarımızın, həm də gələcək nailiyyətlərimizin rəmzi olaraq yaddaşlarda qalacaq. Bu, həm Azərbaycanın hərbi sahədə, həm də təhsil və elmdə əldə etdiyi uğurların davamlılığının bir göstəricisidir. Bu tədbir həm də Qarabağda təhsil və mədəniyyətin dirçəlişi üçün yeni bir başlanğıc nöqtəsidir. Universitetin açılması ilə yanaşı, bölgədə digər infrastruktur layihələrinin də həyata keçirilməsi gözlənilir ki, bu da Qarabağın sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Təhsilin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, tələbələrə dünya standartlarına uyğun elmi araşdırmalar və texnoloji yeniliklərlə tanış olmaq imkanı veriləcək. Bu, Qarabağın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müasir və inkişaf edən bir region kimi tanınmasına şərait yaradacaq. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi,”Qarabağın inkişafı təkcə iqtisadi və hərbi sahələrlə məhdudlaşmır, həm də humanitar və mədəni sahələrdə geniş inkişaf perspektivləri mövcuddur”. Xankəndi şəhərinin mərkəzində yerləşən bu ali təhsil ocağı, bölgənin gələcəyini formalaşdıracaq intellektual liderlərin yetişməsi üçün əsas məkan olacaq. Universitetin fəaliyyəti, təhsil və elmin inkişafına verdiyi töhfələrlə Qarabağın inkişaf strategiyasının mühüm bir hissəsi kimi ön planda olacaq. Beləliklə, Qarabağ Universiteti, Azərbaycanın milli birliyinin, gücünün və gələcək perspektivlərinin simvoluna çevrilir.

İslam Bafadarov
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button