AnalitikaGündəm

Özbəkistan ilk ölkədir ki, prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il 22-23 avqust tarixlərində Özbəkistanda rəsmi səfərdə olmuşdur. Bu səfər, eləcə də avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri və  bununla bağlı  cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat xalqlarımız və dövlətlərimizin tarixinə yeni səhifələr yazmışdır. Prezident İlham Əliyev son iki ildə Özbəkistana beş dəfə səfər etmişdir və hər bir səfər dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini vermişdir. Möhtərəm prezidentimiz mətbuata bəyanatında bu münasibətlərin mühüm geosiyasi amil olduğunu vurğulayaraq demişdir: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”. Prezident istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının Azərbaycana qardaş dəstəyindən söz açaraq bildirmişdir ki, Özbəkistan ilk ölkədir ki, prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək etmişdir. Bir il əvvəl, avqustun 23-də Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəb açılmışdır ki, bu, Azərbaycan və Özbəkistan arasında gözəl münasibətlərin simvoluna çevrilmişdir. İki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd kimi dəyərləndirən prezident İlham Əliyev demişdir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.Daşkənddə keçirilən biznes-forum  layihələrlə çox zəngin olmuş,  20 istiqamət üzrə yeni təşəbbüslər irəli sürülmüşdür. Bu zaman Özbəkistanla Azərbaycan arasında ən yaxşı siyasi konyunkturanın mövcudluğu və bunun iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biri olduğu xüsusi qeyd edilmişdir. Münbit investisiya mühitini təmin etmək üçün sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesi sahələri üzrə investisiya proqramları müəyyən olunmuş, Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılmış, biznes layihələrinin informasiya dəstəyinin təminatı ilə bağlı məsələlər gündəmə gətirilmişdir. İlham Əliyev   öz çıxışında Azərbaycanın suverenliyinin tam təmin olunmasını bir daha dünyaya bəyan edərək: “Təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması idi. Azərbaycan xalqının tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir”, – demiş və “Böyük Qayıdış” proqramının kifayət qədər genişmiqyaslı olmasını vurğulayaraq  bu istiqamətdə görülən və görüləçək işlərdən də danışmışdır. Prezident İlham Əliyevin Özbəkistana bu səfəri Azərbaycan və Özbəkistan arasında etibarlı münasibətlərin göstəricisi kimi tarixə düşəcəkdir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button