AnalitikaGündəm

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alır

Azərbaycan və  Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevlə Baş nazir Abdulla Aripovun görüşündə Orta Dəhlizin əhəmiyyəti xüsusi vurğulanıb. İki dost ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. Ötən il SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdırılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir. Azərbaycanla Özbəkistan arasında münasibətlərin intensivləşməsindən söhbət açarkən birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. İki ölkə arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. İqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alır. O cümlədən dost ölkə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə hazırdır. Hazırda Füzulidə Özbəkistan tərəfindən Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında  960 şagird yerlik məktəb binasının tikintisi uğurla davam etdirilir. Mədəniyyət paytaxtımızda baş tutan iclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə əsasən iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın iclasında həmçinin Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təqdimatı olub. Təqdimatda İqtisadi Zonanın strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verilib.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button