AnalitikaGündəm

Laçın şəhərinə köçən sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünləri daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istqiamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtması üçün sürətli işlərin aparılacağını bildirmişdi. İndi orada fasiləsiz şəkildə tikinti-quruculuq işləri aparılır. O ərazilər böyük bir tikinti meydançasını xatırladır. Hər kəs böyük həvəs və məsuliyyətlə iş görür. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır. Xatırlayırsınızsa, dövlətimizin başçısı 2011-ci ilin dekabrın 24-də özünün 50 illik yubileyində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdü. Öz ad gününü Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edən Azərbaycan Prezidenti Laçın rayonundan olan məcburi köçkün ailələri üçün salınan yeni yaşayış qəsəbəsinin açılışını etdi və orada bildirdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün öz dədə-baba yurdlarında gözəl evlər tikiləcək. Doqquz il sonra Prezident İlham Əliyev xalqa verdiyi sözü reallığa çevirdi.

Rüstəmov Bəhruz,
YAP -ın fəalı

Oxşar Xəbərlər

Back to top button