AnalitikaGündəm

Azərbaycan və Rusiya arasındakı strateji əməkdaşlıq regional sabitlik və inkişafın yeni mərhələsinə keçid edir

Azərbaycan ilə Rusiya arasında uzun illərə dayanan münasibətlər, son dövrlərdə daha da inkişaf edərək yeni bir mərhələyə qədəm qoymuşdur. Bu əlaqələr yalnız iki qonşu ölkə arasında deyil, həm də regional sabitlik və beynəlxalq təhlükəsizliyə müsbət töhfə verən strateji əməkdaşlıq modeli kimi diqqətəlayiqdir. Son illərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bir neçə mühüm aspektdə özünü göstərir. Son dövrlərdə, ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi və energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq, bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə, Azərbaycan Rusiya ilə kənd təsərrüfatı, nəqliyyat, enerji və sənaye sahələrində mühüm tərəfdaşlıq layihələrinə imza atmışdır. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı, regional iqtisadiyyatın güclənməsinə və yeni iş yerlərinin yaradılmasına da töhfə verir. Azərbaycan və Rusiya arasında təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlıq mühüm yer tutur. Qarabağ münaqişəsindən sonra bölgədəki sabitliyin təmin edilməsi üçün iki ölkə arasında aparılan danışıqlar və ortaq layihələr, regional təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Təhsil, mədəniyyət və elm sahələrindəki əməkdaşlıq, xalqlar arasında dostluq və anlayışın dərinləşməsinə xidmət edir. Azərbaycan-Rusiya universitetləri arasında tələbə mübadiləsi proqramları, birgə tədqiqat layihələri və mədəniyyət tədbirləri, iki xalq arasında mövcud olan mədəni və tarixi bağların möhkəmlənməsinə şərait yaradır. Azərbaycan-Rusiya münasibətləri, strateji əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan güclü bir tərəfdaşlıq nümunəsidir. Bu əlaqələr, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində mövcud olan qarşılıqlı maraqlara xidmət edir və regionun sabitliyinə mühüm töhfə verir. Gələcəkdə də bu əməkdaşlığın daha da güclənəcəyi və yeni perspektivlərin açılacağı gözlənilir. Azərbaycan və Rusiya arasındakı möhkəm dostluq və əməkdaşlıq münasibətləri, hər iki xalqın rifahına və regional sülhə xidmət etməyə davam edəcəkdir.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button