AnalitikaGündəm

Rusiya-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti də göstərir ki, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmişdir

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev də Rusiya ilə dostluq, müttəfiqlik, tərəfdaşlıq və siyasi əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsir göstərir.

Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqlu və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında inkişaf etməkdədir.

Dövlət başçıları bir daha iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdilər. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaş kimi, iqtisadi əlaəqələri daha da inkişaf etdirməyi hədəfləyib. Dövlət başçıları həmçinin regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdilər. Azərbaycan dünyada dialoq məkanı öz mövqeyini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi qarşıdurmanın sülh yolu ilə həllində Rəsmi Bakının imkanlarından istifadə oluna bilər.

Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti də göstərir ki, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət sayəsində Rəsmi Bakı qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə nail olub. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha möhkəmləndirir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button