AnalitikaGündəm

Rusiya ilə ölkəmiz tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir

Azərbaycanın bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətləri də məhz bu prinsiplər üzərində qurulub. Bu səbəbdən də avqustun 18-də Rusiya Prezidenti Vladimir Putinin səfəri dövlətlərimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun bir daha təsdiqidir. Səslənən bəyanatlar, verilən bəyanatlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi hesab etmək olar. Əvvəla, ondan başlayaq ki, regionun ən böyük ölkələrindən biri olan Rusiya ilə ölkəmiz tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Dünyanın aparıcı dövlətləri sırasına daxil olan Rusiya BMT TŞ-nin 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. İki ölkə münasibətləri uzun tarixə və kompleks xarakterə malikdir. Bu il münasibətlər illərdir yüksələn xətlə inkişaf edib və son illərdə də yeni mərhələyə qədəm qoyub. İmzalanan müqavilələr, sazişlər və razılaşmalar bu əlaqələrin müxtəlif yönlərini əhatə edir və hər iki ölkənin strateji maraqlarına xidmət edir. Siyasi münasibətlərdə əhəmiyyətli irəliləyişlər olub, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin gücləndirilməsinə və regionda sabitliyin təmin edilməsinə yönəlib. Bu görüşlər çərçivəsində tərəflər regionda təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərini müzakirə olunub, Qarabağ münaqişəsinin həlli istiqamətində birgə səylər göstərilib. Şübhəsiz ki, münasibətlərin strateji önəm kəsb etməsində Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasətin mühüm rolu var. Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.Rusiya Prezidentinin səfəri hər mənada tarixi və əhəmiyyətlidir. Əvvəla, səfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə baş tutur. Səfərin ən mühüm cəhətlərindən biri də ölkələrimiz arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişafıdır. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. Azərbaycanın Rusiya ilə enerji sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Neft və qaz sahəsində imzalanan yeni müqavilələr, xüsusilə də Xəzər dənizindəki yataqların birgə işlənməsi, hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı və idxalı sahəsində əməkdaşlıq da 2024-cü ildə genişlənib.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button