AnalitikaGündəm

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə Rusiya Prezidentinin səfəri xüsusi əhəmiyyətə malikdir

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana cari ilin avqustun 18-də etdiyii dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Bir nüansa xüsusi yanaşmaq lazımdır ki, səfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə baş tutur”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, səfərin ən mühüm cəhətlərindən biri ölkələrimiz arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişafıdır. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. İqtisadi əməkdaşlıq və Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub” dəhlizi daxil olmaqla nəqliyyat-logistika infrastrukturu səfər çərçivəsində müzakirə olunan əsas məsələlər arasında olub.

O nəzərə çatdırıb ki, 2024-cü ilin noyabr ayında keçiriləcək COP29 konfransı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Rusiya ilə birgə bu qlobal iqlim təşəbbüsündə fəal iştirak etmək Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq səviyyədə mövqeyini gücləndirir. COP29 çərçivəsində Azərbaycan və Rusiya enerji səmərəliliyi, yaşıl texnologiyalar və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində əməkdaşlığı müzakirə ediblər.

Rəşadət Xalıqov əlavə edib ki, Rusiya Prezidenti Bakıda bəyan etdi ki, ölkəsi Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevlə danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcək. Putin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar. Bu da artıq onu deməyə əsas verir ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.

Onun sözlərinə görə, qeyd olunanlar onu deməyə əsas verir ki, Azərbaycan bütün qonşuları ilə heç bir fərq qoyulmadan mehriban, hərtərəfli münasibətlərin qorunub saxlanmasına yönəlik siyasətini davam etdirəcək.

Oxşar Xəbərlər

Back to top button