AnalitikaGündəm

XXXIII Paris Yay Olimpiya Oyunları bir daha Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi

Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını qəbul edib. 30 güclü dövlət sırasında yer alan, müsəlman dövlətləri arasında isə 3-cü olan idmançılarımızla görüş ictimaiyyətin marağına səbəb olmuşdur.

2024-cü ilin 26 iyul–11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandası 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edib və Azərbaycan bayrağını ucaldıb. Dörd ildən bir keçirilən Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. İdmançılarımız bu oyunlarda dünyanın 30 güclü ölkəsinin arasında yer almış-2 qızıl, 2 gümüş 3 bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.

Dövlət başçımız Olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüşündə idmançılarımızı, onların məşqçilərini təbrik etmiş, onların peşəkarlığını, idmandakı uğurlarını xüsusilə qızıl medalçılarımızın Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etməsini vurğulamışdır. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. Dövlət başçımızın digər sahələrə olduğu kimi idman sahəsinə də göstərdiyi diqqət və qayğısının başlıca məqsədi bu gün ölkəmizdə gənclərin fiziki, mənəvi cəhətdən sağlam, vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişdirməkdir. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Prezidentimiz idmançılarla görüşündə Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesinin də ardıcıl aparılacağını qeyd edib.

İnanırıq ki, növbəti Olimpiya Oyunlarında da idmançılarımız uğurlu nəticə göstərəcək. Dövlət Başçısının idmana qayğısının məntiqi sonluğu olaraq medallar qazanaraq, yüksək arenalarda bayrağımız ucaladaraq himnimizi səsləndirəcəklər.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button