AnalitikaGündəm

Qalibiyyətlərimiz Azərbaycanın dünyada tanınmasında idman da özünəməxsus yer tutur

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurlu gedir. Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm nəticələr əldə ediblər.
Eləcə də 2019-cu ildə ölkəmizdə idman infrastrukturunun yenilənməsi istiqamətində də əsaslı tədbirlər görülüb, addımlar atılıb. Beləliklə, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır. Azərbaycanın dünyada tanınmasında idman da özünəməxsus yer tutur. Millət vəkili deyib ki, ölkəmizdə idmanın inkişafının dayanıqlı xarakter alması beynəlxalq idman qurumları – Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirilir: “Bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması, əldə etdikləri uğurlu nəticələr müstəqil Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərib. Prezident İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul etmişdir. Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal Bayrağımızın idmançılarımız tərəfindən yüksəklərdə dalğalandırılması çox qürurvericidir. Mən əminəm ki, ölkəmiz günü gündən çiçəklənməyə davam edir, hər sahədə olduğu kimi idman sahəsində də nailiyyətlərimiz davamlı və ardıcıl olacaqdır.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button