Analitika

Otuz iki ildən sonra xocalılar doğma yurdlarına qayıdırlar!

Möhtəşəm tarixi keçmişə malik Azərbaycan zaman­­­-zaman üzləşdiyi ən ağır sınaqlardan daima şərəflə və üzüağ çıxmağı bacarıb. Bununla mövcudluğunu, milli varlığını möhkəmləndirmiş, illər keçdikcə geridə hər zaman zəngin bir keçmiş qoymuşdur. Elə bu səbəbdəndir ki, hər bir azərbaycanlı öz tarixi ilə fəxr edir.

Xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə qalib xalq kimi alnıaçıq, üzüağ ziyarət etdi. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Qeyd edək ki, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı şəhərində soyqırımı memorialının təməlini qoyması tarixi hadisə olmaqla, həm də qalib ölkənin Qalib Liderinin Azərbaycanın bütün ərazilərində suverenliyimizi bərpa etməklə 32 illik həsrətə son qoydu.  Məhz, sentyabrın 20-də Azərbaycanın öz suverenliyinin tam bərpasından sonra dövlətimizin başçısı dərhal göstəriş verdi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmiş, Xocalını yerlə-yeksan etmiş, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Onların hamısı doğma torpaqlarımızdan qovuldu.

Bu gün isə Xocalı tam azaddır. Otuz iki ildən sonra ilk dəfə Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Biz  otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Dövətimizin başçısı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməlini qoydu. Bu  Memorial Kompleksin təməli çoxdan qoyulmuşdu, layihəsi  də çoxdan hazır idi, ancaq tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz Xocalıya qayıdacağımıza inanırdıq!

Bu gün Qarabağda həyat yenidən canlanır. Artıq məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Bu gün Xocalıda yeni-yeni yaşayış məntəqələri tikilir.

Əziz Xocalılar siz artıq azadsınız. Qisası alınmış Xocalı öz xocalılarını gözləyir. Parlaq zəfərlə qisası alınmış Xocalı öz sakinlərini gözləyir. Müharibə bitsə də, erməni vəhşiliyini 32 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımı millətimiz heç vaxt unutmayacaq.

Üçrəngli bayrağımızın əbədi dalğalanacağı, doğma yurdumuza “ Qarabağımıza qayıdışımız xeyrli olsun.”  “Qarabağ Azərbaycandır”. Allah bu sevinci, bu qüruru bizə yaşadan şəhidlərimizə rəhmət etsin.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhtçisi.           

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button