Analitika

Xocalı soyqırımının 32-ci ildönümünün Xocalı şəhərində yad edilməsi Azərbaycan xalqı üçün böyük önəm kəsb edir

2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü olub. Xocalı soyqırımının 32-ci ildönümünün Xocalıda yad edilməsinin Azərbaycan xalqı üçün xüsusi önəmi var. Bu o deməkdir ki, 32 il əvvəl xalqımıza qarşı törədilən vəhşiliklərin intiqamı alınmış, erməni vəhşiləri, işğalçıları tərəfindən viran edilmiş, işğal olunmuş Xocalı şəhəri işğaldan azad edilmişdir. Bu gün və bundan sonrakı bütün illər ərzində Xocalı şəhərində daima Azərbaycan bayrağı dalğalanacaq və Xocalıda amansız qətliama qurban getmiş şəxslərin əziz xatirəsi elə öz yurdlarında yad ediləcəkdir. Uzun illər sonra Xocalı sakinləri yenidən öz doğma torpaqlarına, öz yuvalarına qayıtmışdır. Xocalıda aparılan yenidənqurma və abadlıq işləri şəhərin daha da inkişafına təkan verəcəkdir.

Biz uzun illər ərzində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində azərbaycanlıların başına gətirilən müsibəti dünyaya çatdırmağa çalışdıq. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Lakin bütün səylərimiz nəticəsiz qaldı, dünyanın sadəcə 18 ölkəsi Xocalı soyqırımını tanıdı və bu ölkələr arasında aparıcı qüvvələrin, böyük dövlətlərin adları yoxdur. Dünya bizi haqq savaşımızda yaınız buraxdı. İllərlə bu məsələnin sülh və danışıq yolu ilə həll edilməsinə çalışdıq , lakin buna nail ola bilmədik. Səsimizə səs verən olmadı və biz öz ədalətimizi özümüz bərpa etməli olduq.  2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində Xocalı da daxil olmaqla bütün tarixi Azərbaycan torpaqları erməni işğalından azad olundu. Müzəffər Lider tərəfindən Xocalıda və digər azad olunan şəhərlərimizdə Azərbaycan bayrağı ucaldıldı. Azərbaycan bir xalq olaraq bir yumruq kimi birləşərək bu ədalətsizliyə qarşı mübarizə apardıq və sonunda qalib gəldik. Bu gün dünya bizi qalib xalq kimi tanıyır.

Zərxanım Abbasova,
Yap-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button