Analitika

Türkiyə-Azərbaycan birliyi Avrasiya üçün önəmli amildir

“Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov söyləyib.

Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinədək Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayan Ramil Vəlibəyov deyib ki, müharibənin ilk saatlarından Türkiyə bəyan etmişdi ki, Azərbaycan tək deyil və rəsmi Ankara onun yanındadır: “Bu addım Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Bu birlik bu gün də müşahidə edilməkdədir. Bu gün bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki qardaş ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Məhz, Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün işğaldan azad olunan ərazilərdə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir”.

Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir: “Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. İkitərəfli əməkdaşlığın bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, hərbi, mədəni, humanitar, idman sahələrin mövcud olan yüksəksəviyyəli əməkdaşlıq qardaş ölkələrimizin, həmçinin dost dövlətlərimizin maraqlarına da xidmət edir. Artıq Azərbaycan-Türkiyə əlaqələri müxtəlif üçtərəfli əməkdaşlıq formatları ilə daha da möhkəmləndirilir. Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Pakistan və Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli əməkdaşlıq formatları da regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər hesab olunur”.

Oxşar Xəbərlər

Back to top button