Analitika

Azərbaycanda keçirilən seçkilərdə iştirak edən hər kəs üçün bərabər imkanlar yaradılıb

Fevralın 7-sində ölkəmizdə keçiriləcək prezident seçkiləri xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir. Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın 18 yaşına çatmış vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Seçkilərin nəticələri qarşıdakı dövrdə ölkəmizin inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və digər məsələlər kontekstində böyük xüsusi daşıyır. Azərbaycan son 20 il ərzində Prezident İlham Əliyevin siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub.

Seçkiöncəsi mühit isə olduqca sabit və şəffafdır, bütün namizədlərə bərabər şərait, imkanlar yaradılıb. Seçkilərin nəticələrini isə Azərbaycan xalqının iradəsi müəyyən edəcək. Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə seçkilər keçirməyə imkan verir. Sadəcə, vətəndaş və ya siyasi partiya olaraq, öz hüquqlarını bilmək və bundan maksimum yararlanmaq lazımdır.

Azərbaycan xalqı bu seçki  vasitəsilə öz iradəsini ifadə edəcək.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button