Boykotun elan olunması onların mənəvi məğlubiyyətidir
Növbədənkənar prezident seçkiləri siyasi partiyalar üçün əhəmiyyətli bir mübarizə arenasıdır. Bu səbəbdən, fevralın 7-də keçiriləcək seçkilərə maraqlı qoşulmalıdırlar. Azad və sivil bir mühitdə, ciddi sosial dəstəyə sahib olan partiyalar, öz potensialını və elektoratının dəstəyini göstərərək bu seçkidə müstəqil və güclü bir rol oynaya bilərlər. AXCP və Müsavatın seçkilərlə bağlı tutduğu mövqeyi nəzərə alaraq, bu partiyaların demokratik və açıq bir yarışa olan inamı və ciddiyəti vurğulanmalıdır. Qaragüruh yaratmaq və manipulyasiya üçün “boykot” yolu seçmək isə siyasi rəqabət metodikası deyil, əksinə, müxalifətin öz nisbətən zəif mövqeyini gizlətməyə nail olduğu bir “siyasi texnologiya”dır.Həmçinin “boykot” – sifarişli təxribatdır. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə edilir” – deyə o qeyd edib. boykot” pərdəsi altında radikallar öz zəifliyini gizlətməyə çalışır: “Yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə az sayda olan öz tərəfdaşlarına belə arxa çevirir. Əslində isə “boykotun” elan olunması həmdə onların mənəvi məğlubiyyətidir. Reallıq odur ki, “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib”. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da xüsusi mahiyyətə malikdir: “Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Amma bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə izah olunur. Sadəcə olaraq növbəti dəfə daha biabırçı şəkildə məğlub olacaqlarına əmin olan radikallar bu oyuna əl atıb. Bütün bunların fərqində olan Azərbaycan cəmiyyəti sağlam siyasi qüvvələrə, həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə ölkəmizdə növbəti dəfə demokratiyanın təntənəsinə dəstək olacaq.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı