GündəmAnalitika

Zəngilanın işğaldan azad olunması tarixi hər zaman qürur və fəxarət hissi ilə xatırlanacaq

Zəngilan şəhəri 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Zəngilanın azad olunması, Azərbaycanın inkişafında yeni bir mərhələ açmışdır. Bu, sadəcə bir tarixi hadisə deyil, eyni zamanda, ölkənin gələcəyinə doğru atılan mühüm bir addımdır. 20 oktyabr 2020-ci il, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir tarixdir. Bu gün, Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrindən azad olunması, ölkənin suverenliyinin bərpa edilməsi və ərazi bütövlüyünün təmin edilməsi baxımından önəmli bir hadisədir. Ermənistanın işğalı altında qaldığı müddət ərzində bölgədəki mədəniyyət, infrastrukturuna ciddi ziyan dəyib. 20 oktyabr 2020-ci il tarixində, Azərbaycan Ordusu Zəngilanın azad olunması üçün genişmiqyaslı əməliyyatlara başladı. Bu əməliyyatlar döyüş strategiyalarinin mükəmməl planlaşdırılması, hərbiçi və əsgərlərimizin peşəkarlığı və yüksək motivasiyası ilə həyata keçirildi. Zəngilanın azad olunmasından sonra, Azərbaycan dövləti regionun bərpasına dair planlar irəlilətməyi hədəflədi. Yenidənqurma tədbirləri həyata keçirilərək yollar, elektrik və su təminatı, həmçinin telekommunikasiya şəbəkələrinin bərpası planları hazırlandı. Tarixi və mədəni abidələrin bərpası, yerli əhalinin geri dönməsi və regionun turizm baxımından inkişaf etdirilməsidə tədbirlər planına daxil idi.  Zəngilan, regionda əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Bu, ticarət yollarının və kommunikasiyaların inkişafı üçün əlverişli imkanlar təqdim edir. Zəngilan, Şərq və Qərb arasındakı ticarət yollarının kəsişmə nöqtələrindən biridir, bu da iqtisadi inteqrasiya və inkişaf üçün əhəmiyyətlidir. Region, həm də Azərbaycanın tarixi İpək Yolunun bir hissəsi kimi tanınır, bu da tarixi dövrlərdə ticarət və mədəni mübadilənin artmasına səbəb olmuşdur. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Xalqımız hər il bu günü xüsusi coşğu və sevinc hissi ilə qeyd edir.

Məmmədova Nərmin,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button