AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi – inkişaf və dövlətçilik yolunda mühüm mərhələ

Bu il Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il ötür. 1992-ci ilin çətin və keşməkeşli siyasi şəraitində xalqın istəyi və tələbi ilə formalaşan YAP bu gün ölkənin ən güclü siyasi təşkilatlarından biri kimi dövlətçiliyin möhkəmlənməsinə, milli birliyə və inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfələr verir.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə mürəkkəb dövr idi.Ölkədə dərin siyasi böhran,nizamsızlıq,hakimiyyət çatışmazlığı,torpaqlarımızın işğal təhlükəsi,
iqtisadi tənəzzül və sosial xaos hökm sürürdü.

Belə bir vaxtda xalqın sağlam siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurətdən irəli gələrək, 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yarandı. Bu hadisə Azərbaycan siyasətinin dönüş nöqtəsinə çevrildi.1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik, idarəetmə mədəniyyəti və dövlət quruculuğunun möhkəm əsası qoyuldu. YAP dövlətçilik xəttinin strateji dayağı rolunu üzərinə götürdü.
Bu gün partiyanın fəaliyyətini Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir inkişaf modeli müəyyənləşdirir.Güclü ordu quruculuğu,iqtisadi islahatlar,beynəlxalq nüfuzun artması,Qarabağın və Şərqi Zəngəzurun bərpası,sosial rifahın yüksəldilməsi,
gənclərin inkişafına geniş imkanlar, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Zəfər də məhz bu xəttin, siyasi iradənin və milli birliyin nəticəsidir.
YAP bu gün 800 mindən artıq üzvü ilə geniş sosial dayağa malikdir. YAP – ölkənin siyasi həyatında aparıcı rol oynayır, parlamentdə və yerli idarəetmə orqanlarında geniş təmsil olunur, gənclərin siyasətə cəlbi, kadrların yenilənməsi və modern idarəetmə prinsipləri ilə seçilir, dövlətçilik ideyalarının və milli həmrəyliyin təminatçısına çevrilib.
Xüsusilə son illər partiyada aparılan islahatlar onun modern, çevik və müasir çağırışlara uyğun struktur kimi fəaliyyətini daha da gücləndirib.
YAP-ın 33 illiyi təkcə bir yubiley deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin rəmzidir. Qarşıdakı dövrdə partiyanın əsas hədəfləri
işğaldan azad edilmiş ərazilərin sürətli bərpası,müasir iqtisadiyyatın qurulması,
sosial siyasətin daha da gücləndirilməsi,
Azərbaycanın regionda və dünyada artan lider rolunun möhkəmləndirilməsidir.
Bu gün YAP xalqın dəstəyinə arxalanaraq ölkənin gələcəyinə, rifahına və güclənməsinə xidmət edən əzmkar siyasi qüvvə kimi fəaliyyətini davam etdirir.

Həmidə Əliəvsərova KBTRL-nin həkim pediatrı,
Nizami rayonunun ictimai fəalı

Oxşar Xəbərlər

Back to top button