Analitika

Yeni Azərbaycan Partiyasının 7-ci Qurultayı Ölkəmiz Üçün Yeni Eranın Başlanğıcıdır

Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının hər bir qurultayı kimi 7-ci qurultay da ölkəmiz üçün əlamətdar bir hadisədir. Cənab Prezidentin nitqinin məzmununda göstərildiyi kimi, ölkəmiz mövcud siyasi dəsti xəttlə əmin addımlarla irəliləməkdədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və fəaliyyəti ilk günlərdən məhz onun adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkədə 1993-cü ildən bəri gedən proseslərin əsas icraçısıdır. Partiya Sədrimizin də bildirdiyi kimi, hələ 6-cı Qurultaydan bu yana ölkəmiz bütün sahələrdə yüksək inkişaf mərhələsi keçmişdir. Ölkəmizin qarşısında duran ən əsas məsələ həll olunmuş, iqtisadi və sosial göstəricilər daha da yaxşılaşmış, dövlətimizin beynəlxalq nüfuzu yüksəlmiş, qarşıya daha yeni məqsədlər qoyulmuşdur. Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu gün də ölkədə gedən proseslərin önündə dayanır, ictimai-siyasi proseslərdə ən əsas lokomotiv rolunu oynayır. O öz fəaliyyəti ilə dövlətimizin inkişafına, xalqımızın dünya arasında özünə layiqli yer tutmasına töhfə verib. Məhz Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə aparılan 44 Günlük Vətən Müharibəsi xalqımızı dünyada ilin xalqı statusuna yüksəldib. Cənab Prezidentin də çıxışında göstərildiyi kimi, həmin qələbə tarixdə çox unikal bir qələbədir və bu qələbə hətta dünyanın bir sıra ali məktəblərində dərs kimi öyrədilir. Həmçinin Qurultayda yeni Nizamnamənin qəbul olunması, idarə heyətinin tərkibinin yenilənməsi Partiyamızın dövrün tələblərinə adaptasiya olunma qabiliyyətini göstərir. Partiyamızın 7-ci Qurultayında qəbul edilmiş qərarlar hər bir partiya üzvünün qarşısına yeni vəzifələr qoyur və onu yeni mərhələyə addımlamaqda ruhlandırır. Müzəffər Ali Baş Komandanımız və Partiyamızın Sədrinin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının hər bir fərdi kimi yeni dövrün şərtləri altında qarşıya qoyulmuş vəzifələrin icrasında canla başla çalışacağıq.

Anar Qazıyev,
Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button