Analitika

Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malikdir

Qurucusu ümummilli lider Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyasının önəmli siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması ilə seçilir. Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevlə bağlıdır və onun ətrafında yaradılıb. Ulu öndərin siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı zamanda göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

İlk qurultayı 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində sayca  VII qurultayı baş tutdu. Ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rəhbər strukturları məhz VII qurultayda yenidən formalaşdırıldı, eyni zamanda digər əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət dəyərləndirildi. Bu müddət ərzində partiya , Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursuna uyğun, yüksələn inkişaf xətti ilə davam edən, yeni hədəflərə, çağırışlara doğru addımlamaqda irəliliyir.

Hal-hazırda sıralarımızda 773 mindən çox insanı birləşdirən YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi partiyaları sırasındadır. VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə  bilər. VII qurultaydan sonra Partiyaya üzv olanların 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunmuşdur. 773770 nəfər Partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini qadınlar, 267470 nəfərini gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri ali təhsillidir.Yeni Azərbaycan Partiyasının üzvləri müasir dövrün reallıqlarına, regionda və dünyada baş verən proseslərin, milli demokratiyanı dərinləşdirməklə ölkəmizi öz müstəqil siyasəti, böyük mədəniyyəti ilə dünya inkişafının öncül sıralarına çıxarmaqda səy göstərir.

Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız sözün əsl mənasında tarix yazır. Müstəqil Azərbaycanın tərəqqi tarixi, partiyamızın şərəf tarixidir. Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlərin nəticəsidir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button