Analitika

YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 32 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır. Ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, bu gün sağlam qüvvələrin partiyaya axını belə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək: “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”. Bir sözlə, noyabrın 21-də 30-cu ildönümü qeyd edilən YAP yarandığı gündən dövlətə və xalqa xidmət nümunəsi sərgiləyib.

YAP-ın VII qurultayında qəbul edilmiş qərarlar partiyamızın hər bir üzvünə, ümumilikdə gənclər ordusuna böyük ruh yüksəkliyi verib. Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün cəlbedicidir və bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyamızın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər xalq tərəfindən tam dəstəklənir. Əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolu vardır.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button