Analitika

Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi

Xalqımız erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştrakı ilə Xocalıda törətdiyi bu faciəni heç vaxt unutmadı unutmayacaq. Xocalı Ermənistanın ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, departasiya və etnik təmizləmə siyasəti aparıb. Bu soyqırım dünyanın gözü qarşısında baş verdi.

Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi  sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.

Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə düşmənə və onun havadarlarına göstərdi ki, 30 ildə bizi heç nə sarsıda bilmədi.

Ulu öndərin ideyaları Prezident İlham Əliyevin qətiyyəti ilə birləşib işğala son qoydu. Müzəffər Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi ilə  şanlı Azərbaycan Ordusu parlaq  qələbəsi ilə xocalıların ürəyinə saplanan tikanı çıxartdı. Azərbaycan əsgəri günahsız xocalıların  qisasını aldı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

Dövlətimizin rəhbəri Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinəgərdi. Bəzi ölkələr, beynəlxalq təşkilatlar, siyasi dairələr “Münaqişənin hərbi, həlli yoxdur” deyə and-aman edirdilər. Lakin Prezident İlham Əliyev qətiyyəti, prinsipallığı, dəmir iradəsi və “Dəmir yumruq”  əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik şurasının Qarabağ münaqişəsi ilə bağlı məlum dörd qətnaməsini tək başına icra etdi. Ermənistan təslim oldu. Həmin bəyanatla Azərbaycanın işğalda olan  digər əraziləri azad edildi. Beləliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixin arxivində qaldı.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button