GündəmSiyasət

XİN İraqa başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

Victorytime.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.

“İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş dəhşətli yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Kədərlənənlərə səbr və güc, yaralananlara isə tezliklə sağalmalarını arzu edirik”.

Xatırladaq ki, İraqın Vasit əyalətinin Kut şəhərində hipermarketdə güclü yanğın baş verib. Hadisə nəticəsində 50 nəfər həlak olub.

Oxşar Xəbərlər

Back to top button